Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:48

AZAL-ın Londonda saxlanan bələdçiləri buraxılıb


AZAL

Yanvarın 26-da «Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin bələdçiləri sərbəst buraxılıb.

Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Yanvarın 24-də AZAL-in Bakı-London aviareysizamanı London aeroportunda polistəyyarə bələdçilərini saxlamışdı.

«Ötən gün həmin aviareys başqa bələdçilərlə yerinə yetirilib. Bu gün (yanvarın 26-sı) buraxılan bələdçilər isə yaxın günlərdə Azərbaycana qayıdacaq», – deyə P.Kəsəmənski əlavə edib.

AZAL-ın mətbuat xidməti məlumat yaymışdı ki, sözügedən reys yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsini tələb edib. Təyyarə bələdçiləri onun tələbini yerinə yetirməyiblər.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında həmin sərnişin London polisinə təyyarə bələdçilərinin onu təhqir etməsi ilə bağlı şikayət edib Bundan sonra bələdçilər saxlanmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG