Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

Goranboyda doğuşdan sonra körpə ölüb


Arxiv fotosu.

Bu gün, yanvarın 25-i Goranboyda körpə ölümü baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, 27 yaşlı Lalə Bağırova rayon xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Doğuşdan sonra uşaq vəfat edib.

Ananın vəziyyəti isə ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

L. Bağırovanın vəziyyətinin tibbi yardımlardan sonra normallaşdığı deyilir. Körpənin ölüm səbəbi açıqlanmır.

Buna da bax:​ Bir ildə 22 ana ölümü?

Xatırlatma

Səhiyyə Nazirliyinin bilgilərinə görə, son 25 ildə Azərbaycanda 64 min 556 körpə ölümü baş verib. Bu statistika 1 yaşına qədər ölən körpələrlə bağlıdır.

Ən az körpə ölümü 2015-ci ildə olub – 1580 nəfər.

Günün bütün mövzuları

XS
SM
MD
LG