Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 23:14

Zakir Həsənov Azərbaycan əsgərinin meyitinin qaytarılmasını müzakirə edib


Zakir Hasanov hərbçilərlə

Azərbaycanın müdafiə naziri Zakir Həsənov yanvarın 23-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, görüşdə qoşunların təmas xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.

Müdafiə naziri ötən il dekabrın 29-da Qazax rayonu istiqamətində, Ermənistanla sərhəddə baş verən silahlı toqquşma zamanı həlak olan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması barədə məsələ qaldırıb.

Zakir Həsənov bu yöndə konkret və təcili tədbirlər görülməsinin vacibliyini bildirib.

Anjey Kaspşik tezliklə bu yöndə tədbirlər görüləcəyi və məsələnin həll olunacağına əminlik bildirib.

Başqa bir məlumata görə isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Monitorinq zamanı elə bir insident baş verməyib.

XS
SM
MD
LG