Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:39

Ermənistanın baş naziri Moskvada səfərdədir


Karen Karapetyan

Ermənistanın baş naziri Karen Karapetyan Moskvada ikigünlük rəsmi səfərdədir.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, onu Moskvaya rusiyalı həmkarı Dimitry Medvedev dəvət edib.

Baş nazirlərin görüşündə ticarət, iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrə aid məsələlər, o cümlədən birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunacaq.

Əsas diqqət Avrasiya iqtisadi birliyi çərçivəsində ikitərəfli əməkdaşlığa yönələcək.

Görüşün sonunda bir sıra dövlətlər və hökumətlərarası sənədlər imzalanacağı gözlənilir.

XS
SM
MD
LG