Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:32

Nazir: '2016-cı il tarixə islahatlar ili kimi düşüb'


Şahin Mustafayev

«2016-cı ildə siyasi sabitlik, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib».

İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirilən toplantıda belə deyib. Toplantı İqtisadiyyat Nazirliyində keçirilib.

«AZEUROCAR» İYULDA İŞƏ DÜŞƏCƏK

Ş.Mustafayev 2017-ci ildə yeni müəssisələrin açılacağından, Balaxanı Sənaye Parkında infrastruktur işlərinin tamamlanmasından və Mingəçevir Sənaye Parkının perspektivlərindən bəhs edib.

Onun deməsinə görə, Neftçala Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən «Sun Rise Production», polietilen boru istehsal edən «Toğrul-2008», kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi «Petroqeoaz» və modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan «Providence Doytch Limited» martda fəaliyyətə başlayacaq. Balıq yemi istehsal edən «Kəhf» şirkəti də eyni vaxtda işə başlamalıdır. Avtomobil istehsal edən «Azeurocar»ın isə 2017-ci ilin iyulunda fəaliyyətə başlaması planlaşdırılır.

Neftçala Sənaye Zonasının yaradılması ilə bağlı prezident İlham Əliyev 2015-ci il fevralın 2-də sərəncam imzalamışdı. Sənaye zonası 10 hektar sahədən ibarətdir.

XS
SM
MD
LG