Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 23:39

Mel Gibson-un 9-cu uşağı doğulub


Mel Gibson

Hollivudun 61 yaşlı ulduzu Mel Gibson-un 9-cu uşağı dünyaya gəlib. Aktyor mətbuata uşağının salam olduğunu, özününsə sevincindən yerə-göyə sığmadığını deyib.

9-cu övladı Mel Gibson-un 2 ildir yaxınlıq etdiyi 26 yaşlı atçı-akrobat və ssenarist Rosalind Ross-dandır.

Mel Gibson-un ən böyük övladının-qızının 36 yaşı var. 34 yaşlı əkiz oğlanları və 31 yaşlı 3-cü oğlunun adı tez-tez qalmaqallarda çəkilir. 28, 26, 17 yaşında daha 3 oğlu, 6 yaşlı qızı var. Yeni doğulan uşaq da oğlandır.

XS
SM
MD
LG