Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 12:41

Ermənistan daha bir əsgərinin həlak olduğunu bildirir


Nagorno-Karabakh -- An Armenian soldier of the self-proclaimed republic of Nagorno-Karabagh walks in a trench at the frontline on the border with Azerbaijan near the town of Martakert, 06Jul2012

Ermənistan Dağlıq Qarabağda daha bir əsgərinin həlak olduğunu bildirir.

Qondarma Dağlıq Qarabağ rejiminin yaydığı məlumata görə, insident yanvarın 22-i yerli vaxtla gecə saat 23:30 radələrində baş verib.

Məlumata görə 22 yaşlı əsgər Karen Ulubabyan atəşkəsin pozulması nəticəsində ölümcül güllə yarası alıb.

Ermənistan tərəfi Azərbaycan ordusunu snayper və minatanlar da daxil olmaqla yanvarın 23-ə keçən gecə atəşkəs rejimini 55 dəfə pozmaqda günahlandırır.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Qeyd edək ki, tərəflər son vaxtlar demək olar ki, hər gün bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

XS
SM
MD
LG