Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:32
Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib
Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib

Donald Trump-ın andiçmə mərasimindən bütün xəbərlər canlı bloqda

Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın andiçmə mərasimi keçirilib.

00:17 21.1.2017

Başqa bir toqquşma

Etirazçılar və polis arasında Vaşinqtonun müxtəlif yerlərindəki toqquşmaların xəbərləri gəlir.

Polis etirazçıları 13-cü Avenue küçəsinə tərəf sıxışdırmağa çalışır. Etirazçılar polisə daş və müxtəlif əşyalar tullayırlar.

00:10 21.1.2017

Etirazlar davam edir

Etirazçılar Washington Post qəzetinin redaksiyası qarşısında zibil qutularına od vururlar.

00:01 21.1.2017

Məğlub rəqiblə görüş

İnaqurasiya nahar ziyafətində prezident Donald Trump ayağa qalxaraq Hillary Clinton-un masasına yaxınlaşıb və məğlub demokrat rəqibi ilə əl-ələ görüşüb.

23:39 20.1.2017

Etirazçılarla polis toqquşur

Associated Press agentliyinin verdiyi xəbərə görə polis Vaşinqton küçələrində toplaşan etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə edib.

Polis xəbər verir ki, 100-dək etirazçı armatur parçaları və çəkiclərlə avtomobilləri, mağazaların vitrinlərini sındırıblar.

Etirazçılardan bəziləri polisə daş-kəsək parçaları atır.

Polislə qarşıdurma hələ inaqurasiyadan əvvəl başlanıb və bu saatlarda da davam edir.

Etirazçılardan bir çoxu başlarına əleyhqaz geyinib.

Davamı

XS
SM
MD
LG