Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Lüksemburqda Azərbaycanda həbslər məsələsi qaldırılıb


Lüksemburqda aksiya.

Yanvarın 19-da Lüksemburq parlamentində Azərbaycandan olan deputatlarla görüş keçirilib.

Bu barədə “Turan” Agentliyinə hüquq müdafiəçisi Leyla Yunus məlumat verib.

Buna da bax:​ Azərbaycanın Belçikadakı səfiri: 'Heç kəs təkmil deyil'

Xəbərdə qeyd edilir ki, görüş zamanı “Amnesty International” təşkilatının yerli şöbəsinin nümayəndələri piket keçirərək öz deputatlarını Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərə diqqət yetirməyə səsləyiblər.

Lüksemburq parlamentinin sədri Mars Di Boltoromeo görüş zamanı hüquq müdafiəçisi Leyla Yunusun siyasi məhbus hesab edilən şəxslərlə bağlı hazırladığı 160 nəfərlik siyahısını əlində tutub və bu mövzuda suallar verib.

Dekabrın 14-i və 16-da Leyla Yunus Lüksemburq parlamentində bu mövzuda çıxış edib.

Buna da bax: 'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'

Xatırlatma

Leyla Yunus 2014-ci ildə həbs edilmişdi. Bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay həbs cəzası almışdı. O qanunsuz sahibkarlıq, vergidən yayınma və daha bir neçə maddə ilə ittiham edilirdi. Hüquq müdafiəçisi ittihamları qəbul etmirdi.

Sonradan 2015-ci il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ona verilən cəza şərti hesab olundu və L.Yunus həbsdən buraxıldı. Hazırda o, həyat yoldaşı ilə birgə mühacirətdədir.

Buna da bax:

Təyyarə qəzasının yetim qoyduğu Yaxşılıq
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

XS
SM
MD
LG