Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 08:18

Türkiyədə daha 95 hərbçi saxlanıb


Foto arxiv

“Sabah” qəzetinin yazdığına görə, onlar 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıblar.

Prokurorluq bundan əvvəl 243 hərbçinin həbsinə order verib.

Təkcə İstanbulda 37, paytaxt Ankarada isə 49 nəfər saxlanıb.

Həmçinin İzmir,Konya, Qazientep, Mardin, Zonquldak, Osmaniyə, Samsun, Qars, Ərzurum, Rize, Adana, Klis, Şanlıurfa, Van və digər şəhərlərdə həbslər aparılıb.

Fətullah Gülən hazırda ABŞ-da yaşayır.

Ankara Vaşinqtondan onun verilməsini istəyir.

Amma ABŞ onun ekstradasiyası üçün tutarlı sübutlar göstərilmədiyini deyir.

15 iyul qiyam cəhdindən sonra ölkədə 100 mindən çox adam saxlanıb və ya işdən kənarlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG