Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:39

Julian Assange hələ ki, ABŞ-a dönmək fikrində deyil


Julian Assange

Britaniya Liberal-Demokrat partiyasının lideri Tim“WikiLeaks”in banisi Julian Assange-ni Londondakı Ekvador səfirliyini tərk etməyə çağırıb.

O hesab edir ki, indi ki, ABŞ prezidenti Obama keçmiş hərbçi Bradley Manning-i əfv edib, Assange səfirliyin ərazisini tərk etməlidir.

Qeyd edək ki, Assange bundan əvvəl, ABŞ hakimiyyətinin Manningi azad edəcəyi halda ABŞ-a ekstradisya olunmasına razılıq verəcəyini demişdi.

7 ildir ki, həbsdə olan Manning, bu il mayın 17-də azadlığa çıxmalıdır. Ona 35 il iş kəsilmişdi.

Qeyd edək ki, prezident Barack Obama onun cəzasını yüngülləşdirib.

Manning ”WikiLeaks” saytına 700 mindən çox hərbi və diplomatik sənədlər ötürməkdə ittiham olunur.

Fallon hesab edir ki, Assange indi vədini yerinə yetirməlidir.
Assange-nin vəkili bundan əvvəl ekstradasiya barədə danışıqlara hazır olduğunu bildirmişdi. Amma indi deyir ki, Obama Manningi əfv etməyib, cəzsını yüngüllşdirib.

Vəkil həmçinin hazırda Rusiyada müvəqqəti sığınacaq almış Edward Snowdenə qarşı istintaqın da hələ davam etdiyini vurğulayır.

Qeyd edək ki, ABŞ hakimiyyəti təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Snowdeni də bilərəkdən məxfi dövlət sənədlərini yaymaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG