Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:27

Deputat parlamentə hörmətsizlikdən danışdı


Yevda Abramov
Yevda Abramov

«Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan müraciətlər aidiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir».

«Report»un xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin yanvarın 19-da keçirilən iclasında deyib.
O bildirib ki, beləhalda vətəndaş Milli Məclisdən incik düşür: «Biz nəyisə deyəndə, məqsədimiz özümüzü gündəmə gətirmək olmur. Amma bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!».

Buna da bax-'Deputata özünü necə aparmağı öyrətmək...'

Milli Məclis sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb. O bildirib ki, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: «Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG