Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 02:11

Bako Saakyan ATƏT sədrinin şəxsi nümayəndəsi Kasprzyklə görüşüb


Bako Sahakyan və Andrzej Kasprzyk

Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyklə görüşür.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki mövcud vəziyyət və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur.

Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

XS
SM
MD
LG