Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 17:11

İtaliyada zəlzələ olub


İtaliyada zəlzələ. 27 oktyabr 2016-cı il

İtaliyada 5,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin mərkəzi Latsio və Abrutso vilayətlərində qeydə alınıb.

Yeraltı təkanlar paytaxt Romada da hiss olunub.

Təbii fəlakət ötən il avqustun 24-də yüzlərlə adamın ölümü ilə nəticələnən zəlzələnin baş verdiyi zonanı əhatə edir.

Yerli sakinlər dağıntılar olduğunu deyirlər,amma itki barədə məlumat yoxdur.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, paytaxt Roma ilə Akvila şəhərini birləşdirən yol müvəqqəti bağlanıb.

Qeyd edək ki, ötən ilin avqustunda İtaliyada baş verən zəlzələdə təxminən 300 adam ölüb.

Bu 1980-ci ildən bu yana ölkədə baş verən ən güclü zəlzələdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG