Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:51

Şamaxıda sürüşmə


Sürüşmə

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində torpaq sürüşməsi fəsadlara səbəb olub.

Bundan başqa, 460 təsərrüfat üzrə 2400 nəfərin yaşadığı Muğanlı qəsəbəsində isə 150-dən çox evdə irili-xırdalı çatların əmələ gəldiyi bildirilir.

APA-nın xəbərinə görə, Muğanlı qəsəbəsində iki ev tamamilə yararsız hala düşüb, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.

Hazırdaqəsəbədə 7 evin qəzalı vəziyyətdə olduğu bildirilir.

100 HEKTAR ƏRAZİ YARASIZ HALA DÜŞÜB

Xəbərdə bildirilir ki, sürüşmə nəticəsində həyətyanı sahələr, əkinə yararlı pay torpaqları, meyvə bağları - ümumilikdə 100 hektar sahə yararsız hala düşüb.

Sakinlərin deməsinə görə, son günlər havanın günəşli keçməsinə baxmayaraq, torpaq sürüşməsi yenə də davam edir.

Şamaxı rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, torpaq sürüşməsi nəticəsində ümumilikdə 400-dən çox evə ziyan dəyib. Sürüşmə Şamaxı şəhərində, Cabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qəleybuğurd kəndlərində daha çox müşahidə olunur.

ŞAMAXI-QIZMEYDAN YOLU ÇÖKÜB

Torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı, Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb.

Bu səbəbdən avtomobillərin hərəkətinin çətinləşdiyi, rayonun 4 kəndinin Şamaxı şəhəri ilə nəqliyyat əlaqəsinin çətinləşdiyi bildirilir.

Yerli sakinlərin deməsinə görə, enişli-yoxuşlu yolda yaranan çatlar hər gün böyüməkdədir.

XS
SM
MD
LG