Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

'Böhranı aztəminatlı insanların, sahibkarların üzərinə yükləyirlər'


Namaz

Dövlət-din münasibətləri, qazın qiymətinin yenidən artırılacağı ilə bağlı gözləntilər, inhisarçılıq və kredit borcu olanların üzləşdiyi təzyiqlər bu gün medianın əsas mövzularındandır...

TOLERANTLIQ NÜMUNƏSİ-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir» sərlövhəli məqalədə ölkədə din-dövlət münasibətləri dəyərləndirilir.

Müəllifyazır ki, Azərbaycanda dini dözümlülük bərqərar olunub, indi Yaxın Şərqdə baş verən toqquşmalar məhz tolerantlığın olmamasının nəticəsidir: «Xüsusilə də din adından istifadə edib, insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına dönüb. Son illər bəzi dairələrin «millətlərə xoşbəxtlik, firavan həyat, demokratiya gətirmək» bəhanəsi ilə və din amilindən dəistifadə edərək törətdikləri ağlasığmaz cinayətlərin arealı getdikcə genişlənməkdədir».

Müəllif bəzi dairələri radikal dini qurumlar yaratmaqda, onlara maddi-texniki dəstək verməkdə, müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməkdə və terror hallarını gücləndirməkdə ittiham edir.

Məqalədə Azərbaycandakı dini duruma toxunulur. 2016-cı ilin ölkədə «Multikulturalizm ili», 2017-ci ilin «İslam Həmrəyliyi ili» elan olunduğu xatırladılır.

Müəllif hesab edir ki, Azərbaycanda mükəmməl dövlət-din münasibətləri formalaşıb və bu modeli digər dövlətlər öyrənməlidir: «Beləliklə, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyllərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin edilib. Dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunədir. Bu nümunənin memarı ulu öndərimiz, qarantı isə prezident İlham Əliyevdir!».

Əli Kərimli
Əli Kərimli

DÖZÜMLÜ XALQ

Azadliq.info saytında «Dözümlü xalq bu qiymət artımı anonsuna reaksiya verməlidir» sərlövhəli məqalədə AXCP sədri Əli Kərimlinin düşüncələrinə yer verilib.

Ə.Kərimli yazır ki, SOCAR rəhbərliyi qazın qiymətinin yenidən bahalaşa biləcəyi «müjdə»siniverib: «SOCAR rəhbərliyi deyib ki, şirkət ziyanla işləyir, belə getsə, qiymətləri yenidən artıracaqlar. Axı necə ola bilər ki, ölkənin əsas sərvətinə – neftinə və qazına sahib olan bu şirkət ölkəni dolandırmaq əvəzinə, özü müflisləşsin?».

AXCP sədri hesab edir ki, burada problem hökumətin xalq önündə hesabat verməməsindədir. Onun fikrincə, ölkədə xalqın seçdiyi dövlət və hökumət başçısı olsaydı, dərhal şirkətdə audit təşkil edərdi. «Müəyyənləşərdi ki, SOCAR-ın «ziyanla işləməsinə» səbəb bütün ölkə əhalisinin il ərzində istifadə etdiyi qazın 1/3 qədər, yəni, 1 milyon kubmetrin, sadəcə, şəbəkə daxilində «itməsidir»».

Ə.Kərimli yazıb ki, bu hakimiyyət tək SOCAR-ı deyil, bütövlükdə Azərbaycanı müflis etməkdədir.SOCAR rəsmisinin yeni bəyanatı isə nəbz yoxlamasıdır: «Dözümlü xalq bu qiymət artımı anonsuna da reaksiya verməsə, qiyməti yenə artıracaqlar»,- deyə AXCP sədri təxmin edir

Böhran
Böhran

BÖHRANIN ZƏRBƏSİ XALQA DƏYİR

«Yeni Müsavat» qəzetində «İqtisadiyyatın böyüməsindən daha çox faydalananlar onun kiçilməsindən də qazanırlar» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə böhran yaşansa da, oliqarxlar qazanmaqda davam edir.

İqtisadçı-ekspert Qubad İbadoğlu deyib ki, adətən avtoritar rejimlərdə iqtisadi böhranın mənfi nəticələrini aztəminatlı insanların, azad sahibkarların üzərinə yükləyirlər: «İqtisadi böhrandan ən çox əziyyət çəkən əhalinin aztəminatlı hissəsidir. Eyni zamanda kiçik və orta sahibkarlardır. Belə bir yanaşma var ki, iqtisadiyyatın böyüməsindən daha çox faydalananlar iqtisadiyyatın kiçilməsindən də qazanırlar».

Q.İbadoğlu bu halı sistem ilə əlaqələndirir.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, belə bir vəziyyət xalqın hakimiyyətə nəzarət edə bilməməsindən irəli gəlir: «Dövlət qulluğunda işləyən, hökumətdə təmsil olunan, yüksək gəliri olmayan şəxslərin dəbdəbəli həyat sürməsi, artıq korrupsiyadan xəbər verir və bu, hüquq-mühafizə orqanlarının araşdırma mövzusudur».

N.Cəfərliyə görə də, bu problem siyasi sistemdən, iqtisadiyyatda inhisarçılıqdan qaynaqlanır.

Əkrəm Həsənov
Əkrəm Həsənov

BANKLARIN TƏZYİQLƏRİ...

«Exo» qəzetində isə «Təzyiq və terror: Azərbaycanda insanlardan borcu necə alırlar» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, banklar əhalidən kredit borclarınıtəzyiq üsulları ilə alırlar. Mövzu ilə bağlıhüquqşünas Əkrəm Həsənov qəzetə deyib: «Azərbaycan bankları vaxtı keçmiş kreditlər problemini həll edə bilmir və buna görə də kollektor agentliklərinin qabalığı təəccüb doğurmur. Onlar əhalidənborcları ala bilmək üçün psixoloji, hətta fiziki təzyiq kimi metodları da işə salırlar».

Ə.Həsənovun deməsinə görə, çoxları bu təzyiqlərə davam gətirmirlər, çıxış yolunu intiharda görürlər.

Ekspert deyib ki, ötən həftə banklardan birinə qarşı məhkəmə prosesini udub. Bu bank ölkədə ən iri kollektor şirkətinin sahibidir.

Hüquqşünasın deməsinə görə, bankı məhkəməyə verən kredit borcunu ödəyə bilməyən, buna görə də kollektor şirkətinin təzyiqlərinə məruz qalan bir məktəb müəllimi olub. Məhkəmə iddianı qəbul edib və bankı 1000 manat cərimə edib: «Bu bizim üçün böyük qələbədir. Çünki indiyə kimi Azərbaycan təcrübəsində bankın uduzması təcrübəsi olmamışdı».

Ə. Həsənov vurğulayıb ki, kollektor agentliklərinin qurbanı olanların çoxu məsələnin müsbət həllinə inanmadıqlarından hüquq-mühafizə orqanlarına müraciət etmirlər: «Ümid edirəm ki, bundan sonra insanlarımız məhkəmələrin həmişə bankların tərəfində olmasına inanmayaraq, haqları uğrunda mübarizə aparacaqlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG