Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 16:28

Estoniya, Litva ABŞ-la hərbi müqavilə imzaladı


ABŞ ordusu Polşada

Estoniya ilə Litva da Birləşmiş Ştatlarla müqavilə imzalayaraq, ABŞ qoşunlarının onların ərazisində yerləşdirilməsini formallaşdırdı. Müqavilələr dünən-yanvarın 17-də bağlanıb. Keçən həftə 3-cü Baltikyanı ölkə--Latviya da ABŞ-la belə razılaşmaya imza atıb.

Hərbi əməkdaşlıq haqda yeni müqavilələr ABŞ əsgərlərinin Baltikyanı ölkələrdə yerləşdirilməsindən başqa, birgə təlimlərin keçirilməsini nəzərdə tutur.

«Biz Birləşmiş Ştatların qoşunlarının Litvada yerləşdirilməsində maraqlıyıq, bu, bizim təhlükəsizliyimizin əsas elementlərindən biridir». Bunu Litvanın müdafiə naziri Raimundas Karoblis deyib.

ABŞ-ı Baltikyanı, eləcə də 24 digər ölkəylə bağlayan NATO-dur. Yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın bu günlərdə NATO haqda dedikləri, onu «köhnəlmiş qurum» adlandırması Baltikyanı ölkələrdə də narahatlıqla qarşılanıb.

XS
SM
MD
LG