Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 05:50

Azərbaycan və İsveçrə rəhbərləri görüşüb


İlham Əliyev və Doris Leuthard

Yanvarın 17-də Davosda Azərbaycan dövlət başçısı İlham Əliyevin İsveçrə Konfederasiyasının prezidenti xanım Doris Leuthard-un görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, İsveçrə prezidenti Doris Leuthard iki ölkənin enerji sahəsində səmərəli əməkdaşlıq etdiyini bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Buna da bax:​ İ.Əliyev Norveçin xarici işlər naziri ilə görüşüb

Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli və Lüksemburqun Baş naziri, dövlət naziri Xavier Bettel ilə də görüşüb.

Yanvarın 17-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev forumda iştirak etmək məqsədilə yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

Buna da bax: Davos elitası etimadsızlıqla üz-üzə

Prezident İlham Əliyev yanvarın 16-da bu səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schwab və Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə də görüşmüşdü.

XS
SM
MD
LG