Diyarbəkrdə törədilən partlayışda 3 polisin öldüyü, 9 nəfərinsə yaralandığı xəbər verilir.
Bu barədə yanvarın 16-da Haberler.com saytı məlumat yayıb.
Reutersin məlumatına görə, partlayış yerli vaxtla saat 16:30 radələrində şəhərdəki Dəclə Universiteti yaxınlığında, polis maşını ötərkən uzaqdan idarə olunan qurğu ilə törədilib.
Hadisə yerinə əlavə qüvvələr göndərilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
Partlayışın PKK yaraqlıları tərəfindən törədildiyi təxmin edilir.