Martın 27-də Rusiyada “Milli qvardiya günü” qeyd olunacaq.
Kremlin saytında yerləşdirilən məlumata görə, müvafiq fərmanı prezident Vladimir Putin imzalayıb.
Fərman yanvarın 16-dan qüvvəyə minəcək.
Qeyd edək ki, Vladimir Putin ötən il aprelin 5-də Milli qvardiya yaradılması barədə frərman imzalamışdı.