Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 11:10

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək.

Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bu il də, hər il olduğu kimi, 2 Ay və 2 Günəş tutulmasının qeydə alınacağını bildirib.

O, APA-ya deyib ki, Ay tutulmalarını Azərbaycanda müşahidə etmək mümkün olsa da, Günəş tutulmaları oradan görünməyəcək: «İlk Ay tutulması fevralın 11-də, Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 06:51-də başa çatacaq. Buna yarım və zəif kölgəvarı Ay tutulması deyilir. Proses Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada görünəcək. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Avqustun 7-də baş verəcək ikinci Ay tutulmasının bir hissəsini Azərbaycanda da günbatandan sonra görə biləcəyik».

X.Mikayılov vurğulayıb ki, bu il ilk Günəş tutulması fevralın 26-da, ikinci tutulma isə avqustun 21-də baş verəcək. Günəş tutulmaları Cənubi Afrikanın qərbində, Kanada, Cənubi Amerikanın şimalında, Sakit, Atlantik okeanlarda və ABŞ-da müşahidə ediləcək.

X.Mikayılov bu hadisələrin insanlara heç bir təhlükə yaratmadığını bildirib. Ancaq psixoloji cəhətdən zəif olanlara təsir mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG