Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

Opera və Balet Teatrı istefalarla gündəmdədir. Teatrdan daha 15 nəfər gedib


Azərbaycan Opera və Balet Teatrı.

Dünən, yanvarın 13-də Azərbaycan Opera və Balet Teatrındakı işindən getdiyini açıqlayan xalq artisti Nəzakət Teymurovanın ardınca teatrdan daha 15 nəfərin öz istəkləri ilə işdən çıxdıqları məlum olub. Bu haqda Teatrın əməkdaşı, xalq artisti, baletmeyster Mədinə Əliyeva özü bildirib. O öz istefasını yanvarın 11-də rəsmi şəkildə verdiyini və buna səbəbin Dövlət Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynova olduğunu deyib: "Vəziyyəti o yerə gətirdilər ki, məcbur olub ərizə yazdım. Səbəb odur ki, mənim işləməyimi istəmirlər. Yəqin mane oluram. Mən Azərbaycanın xalq artistiyəm, qoymurlar işləməyə. Kamilla Hüseynova adlı bir cavanı gətirib teatrda bədii rəhbər vəzifəsinə təyin ediblər. Həm teatrda vəzifəsi var, həm Xoreoqrafiya Akademiyasında... Üzümə açıq deyiblər ki, sənin burda qalmaq şansın yoxdur. Direktor məni yaradıcılıqla məşğul olmağa qoymur.

Buna da bax: Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından istefa verdiyini bildirib

Mən vəzifə istəmirəm, arzum odur ki, baletimiz inkişaf etsin. Ona görə ki, bu sənətə həyatımı vermişəm. Sadəcə, teatrda sağlam rəqabət yoxdur. Qeyri-professionallığı görəndə susa bilmirəm. Danışanda da deyirlər, maaşınızdan kəsiləcək, pensiya alırsınız və s. Mən pensiyanı, maaşı kiminsə cibindən yox, dövlətdən alıram. Son vaxtlar bizim teatrdan 14 nəfər işdən gedib. Əməkdar artist Rima İsgəndərova, Pərvin Nəcəfova, İntiqam Məmmədov və başqaları. Bədii rəhbər Kamilla Hüseynova təyin olunandan mən on beşinci adamam ki, teatrdan çıxmışam”.

Digər tərəfdə Teatrın bədii rəhbəri Kamilla Hüseynova yaydığı açıqlamada özü haqda səsləndirilən ittihamların həqiqətə uyğun olmadığını bildirib.

XS
SM
MD
LG