Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

"Qanunvercilik dəyişməsə, proses dəyişməyəcək"


arxiv
arxiv

Azərbaycanda qrant müqavilə və qərarlarının qeydə alınması ilə bağlı dəyişiklik edilib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası”nda dəyişikliyə əsasən qrant müqavilələri bağlanıldığı (verildiyi) vaxtdan 30 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. İndiyədək isə bu müddət 15 gün idi.

Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana donor tərəfindən 7 (indiyədək 3 gün) gündən gec olmayaraq, təqdim olunmalıdır.

Yeni qərarla müqavilələrin qeydə alınması üçün tələb olunan bəzi sənədlər ləğv edilib.

Bu dəyişiklikləri QHT-lərin özləri necə qiymətləndirir?

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, 2013-2014-cü ildə QHT-lər haqda qanunvericiliyə dəyişikliklərdən sonra bu prosedur yumşalma kimi görünə bilər. Amma hüquqşünas onu da bildirir ki, bu prosedurları ciddi dəyişiklik kimi qələmə vermək düzgün deyil.

Onun sözlərinə görə hətta detallara baş vursaq görərik ki, bu yaxşılaşdırma halı deyil, əslində süründürməçiliyi artırmaq, hüquqi məsuliyyəti azaltmaqdır. Ələsgər Məmmədlinin fikrincə, qanunvericilikdə dəyişiklik olmasa prosesin dəyişmə ehtimalı yoxdur. Onun sözlərinə görə qanunvericilik dəyişməsə atılan addımlar imitasiyadan o tərəfə keçməyəcək.

Ələsgər Məmmədli: "qanunvericilik dəyişməsə, ...imitasiyadan o tərəfə keçməyəcək"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00
Direct-ə keçid

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bu addımı istənilən halda müsbət qiymətləndirdiyini söyləyir. Onun sözlərinə görə, hazırki mərhələdə bəzi məsələlər var ki, öz həllini tapmayıb. Şəhla İsmayıl deyir ki, həmin məsələlər həllini tapmayınca bu dəyişiklik heç də geniş miqyasda müsbət təsir göstərməyəcək.

QHT sədri bildirir ki, indiki dəyişiklik etməzdən əvvəl ondan öndə duran bir çox məsələləri həll etmək lazımdır. Şəhla İsmayıl deyir ki, hələ bir xeyli addımlar atılmalıdır ki, həm beynəlxalq təşkilatlar, həm də yerli QHT-lər normal fəaliyyət göstərə bilsinlər.

Şəhla İsmayıl: "hələ bir xeyli addımlar atılmalıdır"
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00
Direct-ə keçid

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə dəyişiklikləri irəliyə doğru atılmış müsbət addım kimi qiymətləndirir. Onun sözlərinə görə həmin dəyişikliklər əhəmiyyəti vacib olan məsələlərdir. Əliməmməd Nuriyev bildirir ki, yaxın günlərdə bu istiqamətdə növbəti müsbət addımlar atılacaq.

Onun sözlərinə görə QHT-ləri bütövlükdə narahat edən məsələlərin sistemli şəkildə aradan qaldırılması, qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi prosesi başlanılıb

Əliməmməd Nuriyev: "irəliyə doğru atılmış müsbət addım..."
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG