Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Türkiyə ordusu Suriyada 40-dan çox yaraqlının öldürüldüyünü bildirir


Foto arxiv

Türkiyənin hərbi təyyarələri “İslam dövləti” qrupunun Suriyadakı mövqelərini bombalayıb.

Suflaniyah və Bazagah şəhərlərində yaraqlıların azı 10 mövqeinə zərbələr endirilib.

Nəticədə 40-dan çox yaraqlının öldürüldüyü xəbər verilir.

Bu barədə Türkiyə hərbçiləri yanvarın 13-də məlumat yayıb.

Türkiyə artıq 4 aydır ki, Suriya ərazisinə ordu yeridib. Hazırda Al-Bab bölgəsində döyüşlər gedir.

Ankara dəfələrlə bildirib ki, məqsəd Türkiyə sərhədini “İslam dövləti” qrupu və kürd yaraqlılarından təmizləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG