Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma qeydə alınıb.

Fins.az xəbər verir ki, ölkədə istehsal olunan yağların qiymətində kəskin artım olub.

Xəbərdə qeyd edilir ki, «Westgold» kərə yağı əvvəlki günlər alıcılara 11 manata təklif edilirdi. İndi 12 manat 30 qəpiyə satılır. «Elmas» günəbaxan yağının da 3 manat 20 qəpikdən 3 manat 90 qəpiyə yüksəldiyi bildirilir.

Xəbərdə bildirilir ki, başqa yağlarda da qiymət artımı müşahidə edilir.

Ekspertlər qeyd edirlər ki, ötən il də yağların qiymətində təqribən 15 faiz artım baş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG