Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 18:37

'Vitse-prezident Rusiyanı prezidentdən yaxşı tanıyır'


Mike Pence və Joe Biden

ABŞ-ın indiki vitse-prezidenti Joe Biden onu əvəzləyəcək şəxsi, D.Trump-ın vitse-prezident vəzifəsinə təyin etdiyi Mike Pence-i tərifləyib.

Ağ evdə jurnalistlərlə söhbətində J.Biden deyib ki, M.Pence Rusiya və onun prezidenti haqda məlumatlıdır. J.Biden yeni prezidentin-D.Trump-ın Rusiya haqda danışanda nə demək istədiyini bilmədiyini, amma M.Pence-in kifayət qədər bilgi sahibi olduğunu söyləyib.

J.Biden Obama administrasiyasının Ukrayna və İraqla əlaqələrinin inkişafında mühüm rol oynayıb. Yanvarın 15-də o, yenə Ukraynaya getməyi planlayır.

Jurnalistlərlə söhbətində J.Biden M.Pence-ə də Ukrayna və İraq liderləriylə münasibətlərin inkişafıyla bağlı məsləhət verdiyini və onun bu məsləhətləri qəbul etdiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG