Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:20

“Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb”.

Yanvarın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmmərüzəçiləri Stefan SchennachCezar Florin Preda ilə görüşən Milli Məclisin sədr müavini Bahar Muradova belə deyib.

O, Avropa Şurası ilə əlaqələrin müsbət məcrada inkişafında həmməruzəçilərin mühüm rol oynadığını bildirib.

Görüşdə 2016-cı ildə ölkədə baş verən siyasi-iqtisadi proseslərə, özəlliklə Konstitusiya referendumuna toxunulub.

Buna da bax:​ Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir

Həmməruzəşçilərin Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə də görüşündə qlobal ictimai-siyasi problemlərin müzakirə olunduğu açıqlanıb.

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 2017-ci ilin demokratiya, insan hüquqlarının aliliyi, vətəndaş cəmiyyətinin inkişafı, terrorizmlə mübarizə və əmin-amanlığın bərqərar olması baxımından gözəl töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

S.Seyidov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin durumundan, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğalda saxlamasından danışıb.

Buna da bax: Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'

“İşğalçı dövlət BMT-nin və digər beynəlxalq qurumların bununla bağlı qətnamələrinə məhəl qoymur. Hələ də, başqa ölkələrdən gələn vətəndaşları orada yerləşdirməyə davam edir. Ermənistan Silahlı Qüvvələrinin sərhədboyu rayonlarda təxribatları zamanı həlak olan Azərbaycan əsgərinin cəsədi iki həftədən artıqdır bizə qaytarılmır. Bu da Cenevrə konvensiyasının prinsiplərinə ziddir”, S.Seyidov bildirib.

Həmməruzəçilər parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə də görüşüblər.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmmərüzəçiləri Stefan Schennach və Cezar Florin Preda yanvarın 12-də Azərbaycanda görüşlərə başlayıblar. Günün birinci hissəsi onları prezident İlham Əliyev də qəbul edib.

Buna da bax:​ Məmmədyarov: ‘Güclə sərhədlərin pozulması qəbuledilməzdir’

Həmməürzəçilərin daha bir sıra rəsmilərlə, vətəndaş cəmiyyətinin təmsilçiləri və müxalifət liderlər ilə də görüşü gözlənir.

Yanvarın 14-də başa çatacaq bu səfərdə məqsədin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilmə vəziyyətinin dəyərləndirilməsi olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG