Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 16:17

Əsgərin cəsədini qaytarın – T.Jagland


Thorbjørn Jagland

Avropa Şurasının baş katibi Thorbjørn Jagland Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb.

Baş katibin bununla bağlı bəyanatında Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub.

Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini, hələ də, saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.

T.Jagland tərəfləri atəşkəsə əməl etməyə çağırıb. ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq, cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbi tam dəstəklədiyini qeyd edib.

XATIRLATMA

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində silahlı insident baş verib.

İnsidentlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, sərhədi pozan Ermənistan silahlı bölmələri pusquya düşərək itkilər verib. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanov itkin düşüb. Sonradan Ç.Qurbanovun həlak olduğu açıqlanmışdı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupuna müraciət etmişdi. Komissiya əsgərin meyitinin qaytarılmasından ötrübeynəlxalq ictimaiyyətdən kömək istəmişdi.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG