Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 22:22

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muižnieks bloqqer Mehman Hüseynovun saxlanması və təzyiqlərə məruz qalmasını pisləyib.

«Vətəndaşlara qarşı pis rəftar, həbs və cərimələrə, onların qorxudulmasına son qoyulmalıdır», - N.Muižnieks özünün Twitter səhifəsində yazıb.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerin bu açıqlamasına, hələlik, hər hansı münasibət bildirməyib.

Nəsimi Rayon Məhkəməsinin qərarında isə bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG