Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:57

Keçmiş iqtisadiyyat naziri rüşvətxorluqda günahlandırılır


Quandyq Bishimbaev

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Quandyq Bishimbaev həbs edilib. Rəsmi məlumata görə, onu rüşvətxorluqda günahlandırırlar.

Q.Bishimbaev vəzifəsindən keçən il, dekabrın 28-də azad edilib. Ölkə prezidenti Nursultan Nazarbaev Q.Bishimbaev-in fəaliyyətiylə bağlı araşdırma aparıldığını deyib, amma detallara varmayıb.

Qazaxıstanın Korrupsiya Əleyhinə Xidmətinin dünən—yanvarın 10-da yaydığı məlumatda deyilir ki, keçmiş nazir rüşvət almaqda şübhəli bilinir.

Bir gün əvvəl isə Qazaxıstanın Birləşmiş Pensiya Fondunun sədri Ruslan Erdenaev və fondun maliyyə şöbəsinin müdiri Musa Bakhtov dövlət əmlakını mənimsəməkdə günahlandırılaraq tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG