Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Beynəlxalq Banka növbəti yeni sədr gətirildi


Azərbaycan Beynəlxalq Bankı.

Yanvarın 10-u Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB-nin) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib. Xalid Əhədov ötən il dekabrın 8-dən bu vəzifəni müvəqqəti icra edirdi.

Bank sektorunda 1999-cu ildən çalışan Xalid Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Buna da bax:​ Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A. Əmirov bundan öncə "Bank Respublika" ASC-də analoji vəzifəni tutub.

X.Əhədovdan öncə banka Elmar Məmmədov rəhbərlik edirdi.

Elmar Məmmədov Cahangir Hacıyevdən sonra bu bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilmişdi. C.Hacıyev ötən il vəzifə səlahiyyətlərini aşma, küllü miqdarda dövlət əmlakını mənimsəməkdə və başqa iqtisadi cinayətlərdə ittiham edilərək 15 il həbs cəzası alıb. O, bu ittihamları qəbul etmir.

Buna da bax:​ Beynəlxalq Bank hansı işlərinə görə batdı?

Yerli saytlar E.Məmmədovun da “qara bazara” dollar ötürməsinə görə, işdən çıxarıldığını yazdılar.

Azərbaycan prezidentinin 2015-ci il iyulun 15-i verdiyi fərmanla hazırda bankda sağlamlaşdırılma tədbirlərinin aparıldığı bildirilir.

Multimedia

XS
SM
MD
LG