Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

Ankaradakı sərgi zalı mərhum rusiyalı səfirin adını daşıyacaq


Andrey Karlov

Ankaradakı müasir incəsənət mərkəzindəki sərgi zalı, indən belə bu zalda qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun adını daşıyacaq.

Bu barədə yanvarın 10-da Anadolu agentliyi mıəlumat yayıb.

Andrey Karlov dekabrın 19-da bu zalda keçirilən sərginin açılışında çıxış edərkən öldürülüb.

Çankaya rayonunun valisi Alper Taşdelen terrorçulu kəskin pisləyib, bunun bəşəriyyətə qarşı cinayət olduğunu, terrorçuların milliyəti və ya dini olmadığınıbildirib.

O, bu zalın indən belə Andrey Karlovun adını daşıyacağını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG