Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:12

'Dəmirci Tower'-də müdirini güllələyən işçi polisə təslim olub


Foto: arxiv, Qətl hadisəsi
Foto: arxiv, Qətl hadisəsi

'Dəmirci Tower'-də işçi müdirini gülləlıyib

Yanvarın 7-də "İraq Hava Yolları" aviaşirkətinin Bakının Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı nümayəndəliyində odlu silahla qətl törədən sürücü, 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Elşən Bəşirov polisə təslim olub.

Xəbəri Bakı Şəhər Prokurorluğu yayıb. Xəbərdə deyilir ki, Elşən Bəşirov nümayəndəlikdə satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı "Vinçester" markalı ov tüfəngi ilə Ə.Ağaəlini güllələyib. Onun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə atəş açaraq onu qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub. Ov tüfəngini də polisə təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

Yanvarın 7-də günorta saatlarında “Xətai” metro stansiyasının yaxınlığındakı “Dəmirci Tower” biznes mərkəzində qətl hadisəsi baş verib.

Turan-ın xəbərinə görə, hadisə İraq Hava Yolları mərkəzin üçüncü mərtəbəsində yerləşən ofisində olub.

Hadisə yerində olmuş şəxslər deyiblər ki, ofisdən bir neçə güllə səsi eşidilib. Yarım saat keçməmiş hadisə yerinə polis əməkdaşları gəliblər. İlkin məlumatda ofisdə çalışan sürücünün qətl törətdiyi bildirilib.

Buna da bax: Azərbaycanda müəmmalı siyasi qətllər seriyasının acı mənzərəsi [INFOQRAFIKA]

Xətai polisindən olayı təsdiqləyiblər. İdarənin növbətçi hissəsindən ofis əməkdaşının qətlə yetirildiyini deyiblər.

Olayın təfərrütları barədə bilgi verilməyib. İdarədən bu haqda Daxili İşlər Nazirliyinin təfsilatlı bilgi verəcəyi deyilib.

Nazirlikdən məlumat almaq mükün olmayıb.

APA-nın xəbərinə görə, “Dəmirci Tower”də qətlə yetirilən 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əli Ağalı olub. Onun “Vinçester” tüfəngindən açılan atəşlə öldürüldüyü deyilir.

Qətli törətməkdə şübhəli bilinən çəxsin saxlanıldığı bildirilir.

XS
SM
MD
LG