İzmirdə törədilən partlayışa görə 18 nəfərin saxlandığı bildirilir.
Yanvarın 18-də İzmir bələdiyyə binasının qarşısında törədilən partlayışda 2 nəfər ölüb, 7 nəfərsə yaralanıb.
Ankara hesab edir ki, bu terror aktının arxasında PKK-kürd yaraqlıları durur.
İzmir böyüklüyünə görə Türkiyənin 3-cü şəhəridir.
Son vaxtları Türkiyədə terror hücumlarının artdığı müşahidə olunur.
Yeni il axşamı İstanbuldakı gecə klublarından birinə edilmiş hücumda 39 nəfər ölüb, 60-dan çox adamsa yaralanıb.
Bu terror aktına görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.