Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Atəşkəslə bağlı 6 yanvar açıqlaması


Qarabağda erməni əsgər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 44 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonundan Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq və Koxanəbi, Krasnoselsk rayonundan da Gədəbəy rayonunun Qaravəlilər kəndi atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakıGöyarx, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG