Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:54

Konqresmenlər Tillerson-la bağlı vaxt istəyirlər


Rex Tillerson

Rex Tillerson Kapitol Hildəki dinləmələrdə respublikaçıların çoxundan xeyir-dua alıb, amma demokratlar, eləcə də bəzi respublikaçılar onun Rusiyayla, həm də «Exxon Mobil»la bağlılğından narahatdırlar və məsələni araşdırmaq üçün hələ vaxt istəyirlər.

«Exxon Mobil»ın keçmiş prezidenti R.Tillerson yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın Dövlət katibi vəzifəsinə namizədidir.

R.Tillerson «Exxon Mobil»ın Rusiyada genişlənməsinə rəhbərlik edib, Rusiya prezidenti Vladimir Putin-lə münasibətləri yaxşıdır. Hətta Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq olunanda, Kremlə qarşı sanksiyaların əleyhinə çıxış edib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker R.Tillerson-un ABŞ-ın xarici siyasətinə çox uyğun gəldiyini, onun Rusiyayla münasibətləri yoluna qoyacağına inandığını söyləyib. Xarici Əlaqələr Komitəsi R.Tillerson-la bağlı dinləmələri yanvarın 11-ə təyin edib.

Senatın Silahlı Xidmətlər Komitəsinin sədri, V.Putin-i «quldur» adlandırmış John McCain də R.Rillerson-un namizədliyini dəstəkləyəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG