Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:48

Prezident D.Trump ilk mətbuat konfransını keçirəcək


Donald Trump

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump mətbuatla ilk formal görüşünün tarixini açıqlayıb. Twitter hesabında yazdığına görə, yeni prezidentin mətbuat konfransı inauqurasiyadan 9 gün əvvəl--yanvarın 11-də Nyu-Yorkda olacaq.

D.Trump-ın biznes planlarını, prezident kimi fəaliyyətə başlayandan sonra maraqların toqquşmasından yayınmaq üçün atacağı addımları açıqlayacağı gözlənir.

Əvvəl onun dekabrda, sonra da yanvarın əvvəlində mətbuat konfransı keçirəcəyini deyirdilər, amma plan hər dəfə təxirə salınırdı.

D.Trump-dan əvvəlki ABŞ prezidentlərinin, demək olar ki, hamısı seçiləndən az sonra mətbuatla rəsmi görüşə çıxıblar.

D.Trump sələflərindən fərqli olaraq, xalqla sosial media vasitəsilə ünsiyyətdə olub, fikirlərini, əsasən, Twitter-lə çatdırıb, ya da ara-sıra müsahibələr verib.

XS
SM
MD
LG