Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 06:07

İranlı fəal aclıq aksiyasını dayandırıb


Arash Sadeghi

İranda həbsdə olan siyasi fəal Arash Sadeghi aclıq aksiyasını dayandırıb, çünki həyat yoldaşı Golrokh Ebrahimi-ni azad ediblər. A.Sadeghi yoldaşının həbsinə etiraz olaraq oktyabrın 24-dən aclıq elan etmişdi.

Yazıçı və insan haqları müdafiəçisi G.Ebrahimi İranda daş-qalaq cəzasını pisləyən yazısına görə tutulubmuş. Onu İslamı təhqirdə günahlandırıblar.

AzadlıqRadiosuna müsahibəsində G.Ebrahimi həbsdən müvəqqəti, həm də zaminə buraxıldığını deyib. O, əriylə qısa müddətə görüşdüyünü, ərinin durumunun çox ağır olduğunu söyləyib.

A.Sadeghi özü tələbədir, İran İslam Respublikasının banisini təhqir etməkdə, dövlətə qarşı təbliğatda, internetdə yalan məlumat yaymaqda, milli təhlükəsizliyə qarşı fəaliyyətdə günahlandırılaraq 15 illik həbs cəzası alıb. İki aydan çoxdur aclıq etdiyindən durumu ağırlaşıb, tərəfdarları internetdə onun sağlamlığıyla bağlı narahatlıqlarını bildiriblər. Yanvarın 2-də isə onlarla adam İranın Evin həbsxanası qarşısında aksiya keçirərək, cütlüyün azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG