Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

Əli Kərimlidən ağzını tikən işadamına dəstək


Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli cəmiyyəti ağzını tikərək ölüm aclığına başladığını bildirən biznesmen Nicat İbrahimin durumuna diqqət yetirməyə səsləyib.

Siyasətçi vətəndaşlardan Nicat İbrahimin taleyinə biganə olmamağı xahiş edib.

«Beşinci gündür ki, ağzını tikərək ölüm aclığına başlamış Nicat İbrahimdən xəbəriniz var? Heç maraqlanırsınız ki, öldümü, yoxsa sağdır? İki gün öncə təmtəraqla qeyd etdiyimiz Milli Həmrəylik həm də o deməkdir ki, çarəsizlikdən ölüm aclığı keçirən bir soydaşımızı ölümlə üz-üzə buraxmayaq. Nicat bəyin əlindən alınmış əmlakının özünə qaytarılmasını, müalicəsinin təmin edilməsini, onu güllələyən cinayətkarların məsuliyyətə cəlb olunmasını hamılıqla dövlətdən tələb edək! Hamımız intihar edənləri qınayırıq ki, niyə mübarizə aparmadan canlarına qəsd edirlər. Nicat bəy ən sərt mübarizə üsulu ilə bizlərin vicdanını tərpətmək istəyir», - deyə yazan Ə.Kərimli qeyd edir ki, N.İbrahim keçirdiyi aksiya ilə təkcə dövlət hakimiyyətini deyil, həm də bütövlükdə toplumu sınağa çəkir.

İşadamı ağzını tikərək aclığa başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

«Nicat İbrahimin harayı eşidilməsə, o, gözümüzün qarşısında məhv olsa, biz özümüzü bağışlaya biləcəyikmi? Nicat bəy hələ sağdır, onu xilas etməliyik», - Ə.Kərimli qeyd edir.

AXCP sədri həmçinin N.İbrahimdən ölüm aclığını dayandırmasını xahiş edir.

Nicat İbrahim adlı işadamı dekabrın 30-dan ağzını tikərək ölüm aclığına başlayıb.

Nicat İbrahim aksiyanın səbəbləri ilə bağlı videomüraciətində bildirir ki, 2008-ci ildə Abşeron rayonunda ondan 32000 ABŞ dolları alaraq, bunun əvəzində torpaq sahəsi satacaqlarına söz veriblər. Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılıb. Videomüraciətində qeyd edir ki, ümumilikdə vəzifəli şəxslər ona 46910 ABŞ dolları borcludurlar.

Nicat İbrahim bildirib ki, dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib, ancaq şikayəti ədalətli araşdırılmayıb.

Bugünədək rəsmi qurumlar videomüraciətdə adı hallandırılan şəxslər və hüquq-mühafizə orqanları Nicat İbrahimin iddialarına münasibət bildirməyiblər. Bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə zəng vursaq da, oradan da bu məsələlərlə bağlı münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG