Yeni il gecəsi Britaniyada yayımlanan "Sherlock" teleserialı ölkə tarixində tamaşaçılar arasında ən populyar film olub. Bu haqda ingilis qəzeti "The Guardian" yazır.
Film Britaniyada artıq üç sezondur yayımlanırdı və 2017-ci ilin ilk günü filmin dördüncü sezonunun ilk bölümü yayımlanıb. Statistik məlumatlara görə bu zaman televizor qarşısındakı ingilis tamaşaçıların 8,1 milyonu filmə baxıb. Bu ingilis tamaşaçılarının üçdə birini (32,8%)-ni təşkil edir. Film 2010-cu ildən ekranlara çıxıb və qısa zamanda tamaşaçı marağını qazanıb.
Müqaisə üçün elə həmin gecə İngilis kraliçası II Yelizavetanın yeni il müraciətinə cəmi 7,7 milyon adam tamaşa edib.
Buna da bax: "Şerlok Holms"un müəllifini "biabır etdilər"
Çoxeriyalı filmin keçən yeni il axşamı yayımlanan yeni seriyasına isə 8,4 milyon insan baxmışdı.
Xatırladaq ki, film ingilis yazıçı Arthur Conan Doyle-nin yaratdığı detektiv Sherlock Holmes obrazının macəralarından bəhs edir. Sherlock Holmes yazıçının 56 hekayəsində və dörd povestində ortaya çıxır. Conan Doyle-nin naşirinin sözlərinə görə "Sherlock" filmi erkanlara çıxdıqdan sonra müəllifin kitablarının satışı 180% artıb.
Şərhlər (1)
Daha çox şərh göstər