Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 05:03

Netanyahunun başı yenə rüşvət qalmaqalında


Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu yaxın 3 gün ərzində korrupsiya iddiası ilə bağlı ifadə verəcək.

Bu barədə yanvarın 2-də İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Netanyahu və ailəsi biznesmenlərdən ümumi dəyəri 26 milyon dollardan artıq olan hədiyyələr almaqda şübhəli bilinirlər.

Bir sıra yerli televiziya kanallarının məlumatına görə, yanvarın 2-dən başlayan sorğu-sual baş nazirin iqamətgahında aparılır.

Məlumatlara görə, polisdə həm ölkə daxili, həm də bir sıra xarici ölkələrdə məsələylə bağlı bir sıra sübutlar var.

Xüsusilə də amerikalı biznesmen Ron Lauder, kostyum və baş nazirinin oğlu Yairin xarici səfərlərinin maliyyələşdirilməsi də daxil olmaqla Netanyahuya müxtəlif hədiyyələr verdiyini bildirib.

Polis şübhələnir ki, bu hədiyyələrin dəyəri Lauderin dediyindən xeyli çox ola bilər.

Netanyahu ittihamları rədd edir və eyni ittihamlarla bağlı bundan əvvəlki işlərin heç bir nəticə vermədiyini xatırladır.

XS
SM
MD
LG