Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:04

2017-ci ildən geosiyasi gözləntilər


Donald Trump və Vladimir Putin
Donald Trump və Vladimir Putin

Yanvarda ABŞ-ın yeni prezidenti Donald Trump öz vəzifəsinin icrasına başlayanda ABŞ-la Rusiya arasında yaxınlaşma gözlənilir. Əgər bu baş verərsə, Azərbaycana necə təsir edəcək? O cümlədən Qarabağ məsələsinə. Eləcə də ABŞ-la Rusiya arasında yaxınlaşma olmasa...

Milli Məclisin deputatı Rasim Musabəyov ABŞ və Ruisya arasında ciddi yaxınlaşma olacağını gözləmir. Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası ilə Rusiya arasında hansısa dialoq ola bilər. Amma deputat deyir ki, həmin dialoq müəyyən çərçivə daxilində baş tuta bilər.

Azərbaycana gəldikdə isə Rasim Musabəyov düşünür ki, Trumpın İranla bağlı olan sərt mövqeyi qonşu ölkə olaraq bizdə də narahatlıq yarada bilər.

Rasim Musabəyov: Trumpın İranla bağlı olan sərt mövqeyi Azərbaycana da problem yarada bilər
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

Politoloq Zərdüşt Əlizadə Rusiya ilə ABŞ münasibətlərinin istiləşəcəyinə inanmır. Onun sözlərinə görə bu soyuq münasibətlərin dərin kökləri var. Politoloq deyir ki, istiləşmənin yaranması üçün ya gərək ABŞ Rusiyanın əsassız ittihamlarını həzm etsin, ya da Rusiya öz ittihamlarını geri götürsün.

Politoloqun fikrincə, bu baş verməsə ziddiyyətlər qalacaq. Zərdüşt Əlizadə deyir ki, Trump ABŞ demək deyil. Onun sözlərinə görə, ABŞ Konqresi istənilən Amerika prezidentini çərçivəyə sala bilər.

Zərdüşt Əlizadə: Bu soyuq münasibətlərin dərin kökləri var
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00
Direct-ə keçid

Politoloq Rasim Ağayevin fikrincə indi iki ölkənin də qarşısında duran əsas məsələ Cənubi Qafqazdır. Rasim Ağayev deyir ki, Rusiya öz geopolitik maraqlarını heç kimə qurban vermək fikrində deyil və ümidlərini Trumpa bağlayıb.

Politoloqun fikrincə digər ABŞ prezidentlərindən fərqli olaraq Trumpla danışıqlar aparmaq daha rahat ola bilər və bu Rusiyanın yeganə şansıdır. Politoloq deyir ki, şans böyükdür və hansısa razılaşmanın olacağı gözləniləndir.

Rasim Ağayev: Rusiya öz geopolitik maraqlarından geri çəkilən deyil
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG