Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 02:29

Silahlı Qüvvələrdə 'Açıq qapı' günü


Müdafiə Nazirliyi

Dekabrın 30-u saat 11.00-dan başlayaraq Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı” günü keçirilir.

Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Xəbərdə bildirilir ki, "Açıq qapı" günü ölkə başçısının göstərişinə, müdafiə nazirinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq düzənlənir.

Buna da bax:​ Müdafiə Nazirliyindən itkin əsgərlə bağlı açıqlama

Ənənəvi tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunub. İctimaiyyət, media nümayəndələri hərbi hissələrdə yaşayış, məişət şəraiti, döyüş texnikaları və silahlarla yaxından tanış olublar. Xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkilib.

Xatırlatma

1989-cu il dekabrın son günlərində Azərbaycanın bir sıra bölgələrində milli azadlıq hərəkatının fəallarının təşkilatçılığı ilə əhali İran İslam Respublikası ilə sərhəd dirəklərini dağıdıb. Onlar bununla Azərbaycan xalqının iki hissəyə bölündüyünü dünya ictimaiyyətinə çatdırmaq istəyirdilər.

Buna da bax: Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]

1992-ci ildən isə 31 dekabr Azərbaycanda Milli Həmrəylik günü kimi qeyd edilir. Bununla bağlı o vaxtkı prezident Əbülfəz Elçibəy sərəncam verib.

Multimedia

XS
SM
MD
LG