Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 14:25

Praqa Milli Kitabxanasında Azərbaycana aid əlyazmalar var


Praqa Milli Kitabxanasında Azərbaycana aid əlyazmalar

“Praqa Milli kitabxanasında mühafizə edilən 100-dən artıq əlyazmanın bilavasitə Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası ilə əlaqəsi vardır”

Bu sözləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Bağırov səsləndirib.

Azərbaycanla bağlı olan əlyazma nüsxələrini üzə çıxarmaq məqsədilə Əkrəm Bağırov M.F.Axundzadə adına Milli Kitabxananın Nadir kitablar şöbəsinin müdiri Gülsəidə Abdullayeva ilə Çexiya Respublikasının Milli Kitabxanasında olub.

Buna da bax:​ «Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» kitab oldu

Səfər AMEA-nın və M.F.Axundzadə adına Milli Kitabxananın təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı alimlərin Praqa Milli Kitabxanasında apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, burada Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyasına aid 100-dən artıq əlyazma mühafizə edilir.

Buna da bax: Şəhərin mərkəzində «Açıq kitabxana»...

Kitabxanada Nizami, Füzuli, Nəsimi, Şeyx Səfiəddin Ərdəbilli, Nəsrəddin Tusi və başqalarının nəfis və miniatürlərlə bəzədilmiş əlyazmaları saxlanılır.

Əlyazmaların elmi-paleoqrafik təsvirləri, eləcə də, maraq doğuran rəsm və miniatürlərin fotoşəkilləri, ərəb, fars və türk dillərində olan əlyazmaların kataloqu çap edilmək üçün ölkəyə gətirilib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG