Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 04:46

Gürcüstanla Rusiya tranzit haqqında razılığa gələ bilmədilər


Kakha Kaladze

Gürcüstanla “Qazprom” şirkəri 2017-ci ildə Rusiyadan Ermənistana veriləcək qazın tranzit haqqında razılığa gələ bilməyiblər.

Bu barədə dekabrın 29-da “Biznes-Gruziya” saytı məlumat yayıb.

Tərəflər danışıqların ikinci mərhələsində də kompramisə gələ bilməyiblər.

Mövcud razılaşmanın müddəti dekabrın 31-də sona yetir.

Gürcüstanın energetika naziri Kaxa Kaladze (Kakha Khaladze) danışıqların davam etdiriləcəyini deyir.

Onun sözlərinə görə, Tbilisinin mövqei dəyişməyəcək:”Rusiya tərəfi tranzit haqqını pulla ödəmək istəyir. Gürcüstan tərəfi isə əvvəlki kimi bunun müqabilində 10% qaz istəyir”.

Vyanada aparılan danışıqların növbəti mərhələsinin nə vaxt keçiriləcəyi hələ ki, müəyyən edilməyib.

XS
SM
MD
LG