Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:20

Atəşkəslə bağlı 29 dekabr açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 39 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Köhnəqışlaq, Berd rayonundan Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Multimedia

XS
SM
MD
LG