Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 04:45

Almaniyanı könüllü 55 min miqrant tərk edib


Foto arxiv

2016-cı ildə Almaniyanı könüllü 55 min miqrant tərk edib.

BBC-nin məlumatına görə, onların əksəriyyəti Almaniyadan sığınacaq ala bilməyən Qərbi Balkan sakinləridir.

Beləliklə onlar deportasiya və Almaniyaya giriş qadağasından qurtulublar.

Onların təkcə 15 mini Albaniyadandır.

Ümumilikdə isə bu il Almaniyadan 25 min adam deportasiya edilib.

“Sueddeutsche Zeitung” qəzeti bu il Əfqanıstan, İran və İraqa könüllü qayıdanların sayının artdığını yazır.

Məsələn bu il Almaniyadan Əfqanıstana 3 200-dən çox qaçqın dönüb ki, bu ötən illə müqaisədə 10 dəfə çoxdur.

Getmək istəyənlərin artmasına səbəb, Almaniya hökumətinin yolpulu da daxil olmaqla onlara kompensasiya verməsidir.

Məlumata görə, Almaniya hökuməti yaxın 3 il ərzində bu proqrama 150 milyon avro xərcləyəcək.

Son ilyarım ərzində Almaniyaya milyondan çox qaçqın gəlib.

XS
SM
MD
LG