Rumınya prezidenti Klaus Yohannis heç bir əsas göstərmədən müsəlman qadın siyasətçinin baş nazirliyə namizədliyini rədd edib.
Sosial Demokrat Partiyasını təmsil edən 52 yaşlı Sevil Shhaideh ölkə tarixində ilk müsəlman qadın baş nazir ola bilərdi.
Bir sıra kütləvi informasiya vasitələrinin məlumatına görə, Sevil Shhaideh sosial-demokratların lideri Liviu Dragnea-nın birbaşa adamı hesab olunur.
Shhaideh əvvəllər Rumınyanın regional inkişaf naziri vəzifəsində çalışıb.
Dragnea-nın özü seçkilərdə saxtakarlıq ittihamı ilə qiyabi mühakimə olunduğundan baş nazirlik uğrunda mübarizə apara bilməz.
Dekabrın 11-də keçirilən seçkilərdə qalib gələn Sosial Demokrat Partiyası indi baş nazirliyə yeni namizəd irəli sürməlidir.