Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:01

Yaşayış minimumu 155 manat oldu


Ehtiyac zənbili

2017-ci ildə Azərbaycan üzrə yaşayış minimumu 155 manat olacaq.

Ölkə başçısı dekabrın 26-da “2017-ci il üçün yaşayış minimumu haqqında ” Qanunu təsdiqləyib.

Qanuna görə, yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 164.5 manat, pensiyaçılara da 130.2 manat olacaq.

Buna da bax:​ Ekspert: 'Yaşayış minimumu 500 manata qaldırılmalıdır'

Uşaqlara isə bu 136.6 manat təşkil edəcək.

2016-cı ildə yaşayış minimumu 136 manat təşkil edib. Artım 19 manatdır.

Başa çatmaqda olan ildə yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 146, pensiyaçılara 115, uşaqlara isə 117 manat təşkil edib.

Hələ, bir il əvvəl - manatın devalvasiyasından qabaq ekspertlər deyirdilər ki, minimum yaşayış xərcləri reallıqla ayaqlaşmağa yetmir.

Buna da bax: 'Yaşayış minimumunu Azərbaycan məmuruna versələr necə yaşayar?'

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib. Bu il isə bir dollar 1 manat 55 qəpikdən bir manat 76 qəpiyə qədər yüksəlib. “Qara bazar”da dollar bundan da yüksəkdir.

XS
SM
MD
LG