Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Azadlıq Radiosunun saytına giriş yenə çətinləşib


AzadlıqRadiosu

«Amerikanın səsi» və AzadlıqRadiosunun saytlarına Azərbaycan ərazisində giriş yenidən çətinləşib.

«Turan» agentliyinin xəbərinə görə, bu problem bir müddətdir ki, davam edir.

Xəbərdə deyilir ki, ictimai rezonans doğuran tənqidi materiallar dərc edilən kimi bu radionun saytına daxil olmaq müşkülə çevrilir.

«Meydan TV» və «Azadlıq» qəzetinin saytları ilə də bağlı oxşar mənzərə yaranıb.

Ölkə xaricində isə həmin saytlara girişdə problem yoxdur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə agentliyin bir neçə dəfə müraciət etməsinə baxmayaraq, bu məsələni şərh etməyib.

XS
SM
MD
LG